Türkiyəli məşhur müğənni Burak Yeter kosmosda konsert verəcək.
Ednews xəbər verir ki, bu barədə musiqiçinin özü sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, uşaqlıqdan kosmosa maraq göstərib və astronavt olmaq istəyib.
“İki ildir üzərində çalışdığım “Kosmosda Konsert” layihəsini reallaşdırmaq üçün günləri sayıram. Musiqi sənayesində yeni bir səhifə açacağıq”, - deyə B.Yeter bildirib.
Oğuz Ayvaz