Robert De Niro haqqında bilmədiyiniz MARAQLI FAKTLAR

Mədəniyyət 19:00 24.02.2023
Ednews Hollivud ulduzu Robert De Niro haqqında maraqlı faktları təqdim edir. 
 
1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. İstedada malik valideynlərin övladı olsa da demək mümkündü ki, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb. Əksinə balaca Robert cürbəcür sıxıntılar yaşayıb. Üç yaşı olar-olmaz atası ilə anası ayrıldılar və onun uşaqlığı Manhettendə "Balaca İtaliya" adlanan məhəllədə keçdi. Və Robertin təlim-tərbiyyəsi ilə bütövlükdə anası məşğul oldu. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq, sısqa bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə getdi. 
 
Dərslərində həmyaşıdlarından o qədər seçilməsə də kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarınin hazırladığı tamaşalarda iştirak edirdi. Və bütün bunları gələcək şedevrin ilk rolları da adlandırmaq olardı. Oxuduğu məktəbdə bu xoş simalı, arıq, ağbəniz Roberti "Südlü Bobbi" adlandırırdılılar. Məhz elə həmin illərdə kiçik Robert hiss edirdi ki, aktyor olmaq istəyir və bu arzusunun qarşısına dayana bilmir. Və bu duyğular onu öz arxasınca çəkib apardı. O, on altı yaşında məktəbi atıb özünü bu yola həsr etmək üçün fəaliyyətə başladı. Bununla da uşaqlıq və yeniyetməlik həyatına əlvida demək məcburiyyətində qaldı.
 
Brodveydə tamaşalarla böyüyən De Niro ilk səhnə təcrübəsini də məhz burada edib. Qızıl Qlobus və Oskar mükafatçısı ən çox "Xaç atası 2", "Taksi sürücüsü", "Qəzəbli öküz" və "Sevgilim dəlidir" filmləri ilə yadda qalıb.
 
O uşaqlığını Nyu York şəhərinin "Kiçik İtaliya"ya adlı məhəlləsində keçirib. Aktyor metropol küçələrində dostları ilə əylənməyi xoşlayırdı və tez-tez bu onun üçün problemə çevrilirdi. Oğlanın özünəməxsus görünüşünə görə hamı onu "Bobby Milk" adlandırırdı.
 
Teatrda ilk cəhdləri…
 
Robert 10 yaşında müntəzəm olaraq səhnəyə çıxmağa başladı. Hələ məktəbdə oxuyarkən “The Wonderful Wizard of Oz” filminin çəkilişində iştirak etmiş və burada çox qorxaq bir aslan rolunu oynamışdır. 
Robert əsas təhsilini özəl bir təhsil müəssisəsində alıb, lakin məzun olduqdan dərhal sonra musiqi və sənət təhsili aldığı ixtisaslaşdırılmış Nyu York məktəbinə daxil olur.
 
Yeniyetmə dostları ilə Nyu York küçələrində çox gəzirdi. Anası işləri ilə bağlı çox məşğul olduğu üçün oğluna yetərli zaman ayırmır, ona yalnız maddi yardım göstərirdi. Bu isə De Nironun təbiətinə pis təsir göstərirdi. O, daimi qəzəbli və aqressiv idi. Pis vərdişlərdən qurtulmağa ona atası yardım edir.
 
Uğur üçün ilk addımlar
 
Robertin yalnız bir neçə pərəstişkarı bilir ki, onun debüt filmi 1965-ci ildə ekran üzü görən “Manhettendə üç otaq” deyildi. O, ilk qəhrəmanını ilk dəfə 1963-cü ildə "Toy şənliyi" filmində oynayıb. İstehsalçı şirkət iflas etdiyi üçün bu perspektivli komediya vaxtında nümayiş edilməyib. Filmin premyerası 6 il sonra baş tutub. Sonralar De Niro film haqqında danışarkən “qanqster” obrazını canlandırmağa ona küçədə keçirdiyi uşaqlıq təcrübəsinin yardım etdiyini söyləmişdi.  
 
İlk uğur
 
Bir neçə uğurlu epizodik rol Robertə daha ciddi layihələrə cəlb edilmə imkanı verir. 1973-cü il gənc aktyor üçün taleyüklü il olur, çünki o,"Barabanı yavaşca döyün" filmində rol alır. Məhz bu iş üçün o, Nyu-York kino tənqidçiləri assosiasiyasının nümayəndələrindən ilk müsbət rəylərini alır.
 
Hollivuda gedən yol
 
Bir müddət sonra gənc aktyor De Niro məşhur rejissor Martin Scorsese ilə tanış olur. Onların ilk əməkdaşlığı Robertin “qanqster Conni Boy” rolunu oynadığı "Orta küçələr" filmi olur. 
 
Xaç atası
 
De Niro bu kult filmin birinci hissəsində baş rol almağa can atsa da əsərin baş qəhrəmanı olmaq şansını əldə edə bilmir. O, “Xaç atası” filminin ikinci hissəsi lentə alınanda Vito Korleoninin gəncliyini ideal şəkildə canlandırır.  1974-cü ildə belə yüksək keyfiyyətli reankarnasiya ən yaxşı ABŞ kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, o, ilk “Oskar”ını alır.
 
Ən yaxşı filmlər və mükafatlar
 
Robert De Niro 140 dəfə müxtəlif kino mükafatlarına namizəd olub. Bu mükafatlar “Xaç atası 2”, “Maral ovçusu”, “Taxi Driver”, “Raging Bull”, “Awakening” filmlərindəki iştirakına görə alıb. Onun 21-ci əsrdə ən məşhur filmləri “Valideynlərlə Tanış” və “Sevgilim Dəlidir” olub. 
 
Robert haqqında bunları bilirdiniz?
 
Aktyorun boyu 175 santimetr, çəkisi isə təxminən 75 kiloqramdır. Bürcü Şirdir.
 
Aktyorun oğlu Elliot autizm xəstəsidir.
 
Robert tanınmış geyim kolleksiyaçısıdır.
 
De Niro bir neçə dəfə məşhur filmlərdəki rollardan imtina edib. 
 
Vəfa Ustayeva 
 
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Hamısı