Fəhlə işləyib zirzəmidə yaşayan, 2 yaşında atasını itirən Xalq artisti Maraqlı faktlar

Mədəniyyət 11:01 20.04.2023
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür. Ednews mərhum aktrisa haqqında maraqlı faktları təqdim edir.
 
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunu görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan ata qısa müddətdən sonra rəhmətə gedib. Onda Nəsibənin iki yaşı olub.
 
Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün yaxşı olmayacaq. 
 
İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salırdı ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərdi. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyardı. Həmin çantaları Hüsniyyə xanım özü tikərdi. Cahangir Zeynalov deyərdi ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür.
 
***
 
Atası dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, cahil olmasın.
 
 
Atasını dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Aktrisa özü müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”. Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.
 
***
 
Aktrisa teatrda “Qızılaxtaranlar”, “Rəisin arvadı”, “Hacı Kərimin aya səyahəti”, “Həmşəxanım”, “Sevindik qız axtarır”, “Hicran” tamaşalarında uğurlu obrazlar ifa edib. Nəsibə xanım kinoda da bir-birindən maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır.
 
Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı ikinci dünya müharibəsndə həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin, sonradan bu izdivac baş tutur.
 
***
 
Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayıb evə gətirir. Onun qayğısına qalır. Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım”.
 
 
Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. 12 ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, İmam Rzanın adını qoyacaq, qızı da olsa, Nəsibə. Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalıb. Nəsibə xanım "köynəkdə doğulub". El dilində uşaq döl qarışıq doğulanda "köynəkdə doğulub" deyirlər. Nəsibə xanım da eynən belə dünyaya gəlib.
 
***
 
Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.
 
Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.
 
***
 
Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan.
 
Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi.
 
***
 
Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir. Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur.
 
 
Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım".
 
***
 
Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənir.
 
 
Aktrisa “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.
 
***
 
Nəsibə Zeynalova sonuncu dəfə Cahangir Novruzovla "Əmanət" tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır.
 
 
Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.
 
***
 
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.
 
Oğuz 
"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Hamısı