“O, bir qəhrəmanlıq simvoluna çevrildi” Mübariz İbrahimovun həyatı film oldu – Müsahibə

Mədəniyyət 15:20 08.04.2023
Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Mübariz” adlı film çəkilib.
 
Film qəhrəmanın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüş yolu keçdiyi Tərtər rayonunda çəkilib.
 
Film barəsində yaradıcı heyət fikirlərini Ednews ilə bölüşüb. Heyət ekran işinin ideyası, məqsədi, ötürdüyü mesaj və digər detallar barədə maraqlı açıqlamalar verib. 
 
Filmin quruluşçu rejissoru Natiq Novruzov cəmiyyətimizdə gənclər arasında vətənpərvərliyin təbliğinə ehtiyac olduğunu və qəhrəmanlarımızın xatirəsini yaşadan belə filmlərin çəkilməsinin bu təbliğatda böyük rol oynadığını bildirib.
 
“Mübariz İbrahimov vətəni, yurdu sevən hər kəs üçün bir qəhrəmanlıq simvoluna çevrilib. 44 günlük Vətən savaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız da Mübariz İbrahimovu özlərinə örnək alıb, onun yolunu gediblər. Türkiyə, Rusiya mediası da onun şücaəti haqqında yazırdı. Putinin özü belə Mübariz İbrahimovun qəhrəmanlığını yüksək qiymətləndirmişdi. Onun xatirəsini əbədiləşdirməkçün çıxdığımız yolda bir məqsədimiz var idi – övladlarımızı Mübariztək bir oğul kimi yetişdirmək. Cəmiyyətimizdə uşaqlarımız, gənclərimiz arasında vətənpərvərliyin təbliğinə ehtiyac var. Bu mövzuda filmlərin çəkilməsi təbliğatda böyük rol oynayır. Bugünkü gündə bizə mübarizlər lazımdır, bayağı filmlər, bayağı aktyorlar yox. 
 
 
Çəkilişlərə başlamazdan öncə Mübarizin ailəsi ilə də görüşdük, oğulları haqqında film çəkiləcəyini eşidəndə duyğulandılar. Biləsuvarda keçirilən filmin qala gecəsində Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bizə dedi ki, “filmə baxdım, ürəyim rahatladı”. Filmdə ata rolunu Xalq Artisti Şamil Süleymanlı, ana rolunu aktrisa Flora Hüseynova, baş qəhrəmanı isə gənc aktyorumuz Hüseyn Əliyev canlandırıb. Filmdə izləyicilərə çatdırmaq istədiyimiz əsas mesaj qəhrəmanlıq, şəhidlik zirvəsinin nə qədər uca olduğudur. Mübariz İbrahimovun döyüş yolu keçdiyi Tərtərdə bütün səngərlərdə, postlarda çəkilişlər etdik. Komandirləri, döyüş yoldaşları ilə də görüşlərimiz oldu, onların dilindən də Mübarizin qəhrəmanlıqları, döyüş yolu barədə gerçəkləri öyrəndik. Film bütövlükdə faktlara əsaslanır. Qismət olsa, gələcəkdə də Vətən uğrunda şəhidliyiə ucalan oğullarımız barədə belə filmlər ərsəyə gətirmək istəyirik”. 
 
Filmin ssenari müəllifi və baş prodüseri Nicat Mənalı da ekran əsəri barədə fikirlərini bölüşüb. O, çəkilişlər zamanı qarşılaşdığı çətinliklərdən də söz açıb. 
 
“Filmin ərsəyə gəlməsində Azərbaycan Televiziyası tərəfindən bizə texniki və hərbi məsələlərlə bağlı dəstək göstərildi. Filmin maddi xərclərinin yarıdan çoxunu isə, öz şəxsi büdcəm, qalan hissəsini də vətənpərvər dostlarımız hesabına qarşılamışıq. Bu filmi çəkmək elə bir şərəfli iş idi ki, bu yolda qarşılaşdığımız bütün çətinlikləri aşmaq da bizə fəxr hissi yaşadırdı. İki il dayanmadan əziyyət çəkdik, elə anlar olurdu ki, bəlkə, başqaları olsa, işi dayandırmağı düşünərdi. Maddi cəhətdən çox sıxıntılarımız oldu, lakin şükürlər olsun ki, öhdəsindən gələ bildik. Bu filmin çəkilməsi, təqdimatı ölkəmiz üçün, xalqımız üçün çox vacib, diqqətəlayiq hadisədir. Düşünürəm ki, film Azərbaycan kinematoqrafiyasında da layiq olduğu yeri tutacaq. Nə dərəcədə uğurlu alındığını deyə bilmərəm, bunu cəmiyyətimiz, izləyicilər qiymətləndirəcək. Ola bilər ki, hansısa məqamlarda səhvlərimiz, çatışmazlıqlarımız olsun. Heç bir film ideal deyil, tənqidlər təbii ki, olacaq. Film, kino sonsuz bir dənizdir, üzdükcə bitməz”.
 
 
Qeyd edək ki, aprelin 7-də Biləsuvar rayonunda  “Mübariz” filminin qala gecəsi keçirilib. Filminin baş prodüseri və ssenaristi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzovdur. Filmdə “Mübariz” rolunu Hüseyn Əliyev canlandırıb.
 
 
Törə Zeynallı

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Hamısı