Onu rus dilini bilməməkdə, köhnə kitablar oхumaqda günahlandırırdılar MARAQLI FAKTLAR

Mədəniyyət 10:11 05.06.2023

“Müşfiq bir oddur ki, öz-özünü yandıracaq”... 

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 115 il ötür. 

O, 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. Körpə ikən anasını, 6 yaşında isə atasını itirən Müşfiq rus-Azərbaycan məktəbində, Bakı Darülmüəllimində, sonralar isə 12 nömrəli ikinci dərəcəli məktəbdə oxuyub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində alan gənc şair əmək fəaliyyətinə müəllimliklə başlayıb,  yeddi il pedaqoji fəaliyyətlə məşğul olub.  “Bu gün” şeiri şairin qələmə aldığı ilk əsərdir. Həyat eşqi ilə dolub-daşan yaradıcılığı boyu “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!”, “Ölkəm”, “Ey Dan ulduzu!”, “Oxu, tar!”, “Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı” və s. əsərlər qələmə alıb, “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!” ifadələri ilə qəlblərdə özünəməxsus yer tutan şair nikbinliyi, həyata bağlılığı, sonsuz yaşam həvəsi ilə yaddaşlarda yaşayır.

Ednews şair haqqında maraqlı faktları təqdim edir:

Yazıçılar İttifaqının plenumunda, dövri mətbuatda Müşfiqə qarşı kəskin, qərəzli, ifrat dərəcədə sərt tənqidlər, hətta bəzən təhqirlər ifadə olunurdu;

Stalinə həsr etdiyi, o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunan “Stalin”şeirində şair həmkarları onu sətraltı mənalar ifadə etməkdə, mövcud hakim dairələrə qarşı qərəzli olmaqda, görünənin əksinə, rejimi dəstəkləməməkdə ittiham etmişlər;

Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar oхumaqda suçlayırdılar;

Repressiyaya məruz qalmasında o dövrün Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri olan şair Məmməd Rahimin ciddi rolu olub. O, gənc şair haqqında belə deyirdi: “Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruhla dolu olan bir sıra əsərləri vardır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil”...

Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatı idi, "Azərnəşr” kimi çox ciddi bir nəşriyyatın direktoru vəzifəsində çalışırdı;

1936-cı ilin qayğısız yay günlərində qələmə aldığı məşhur “Yenə o bağ olaydı!” lirik şeirini çoxlarının düşündüyünü əksinə, həyat yoldaşı Dilbər xanıma yox, yazıçı Ənvər Məmmədxanlının bacısı 17 yaşlı Arifə Məmmədxanlıya həsr etmişdi;

Onu gizli “Müsavat” üzvü olmaqda ittiham edirdilər;

Cəfər Cabbarlının ölümündən kədərlənən gənc şair ona “Şairin ölümü” şeirini həsr etmişdi;

Tarın qadağan edildiyi vaxtda məşhur tarzən Qurban Primovun "Yetim segah" ifasına "Oxu tar" şeirini yazmışdı. Tar isə bütün qadağalara baxmayaraq susdurula bilmədi;

Nakam şairin çox sevdiyi həyat yoldaşı Dilbər Axundzadə ilə ailə həyatı cəmi 6 il davam edir.  Bəzi versiyalara görə, Dilbər xanım gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılırdı;

Müşfiq öldürüləndən sonra Dilbər xanım üçün də həbs qərarı verilir. Bu əzablara dözməyən qadın ciddi psixi sarsıntı keçirir, 1 saylı Əsəb Xəstəlikləri Xəstəxanasına müalicəyə göndərilir. Vəziyyəti getdikcə ağırlaşan Dilbər xanım Respublika prokurorluğunun qərarı ilə bir müddət sonra həbsdən azad edilir;

Dilbər Axundzadə sonradan yazdığı “Müşfiqli günlərim” adlı xatirələr kitabında yaşadığı keşməkeşli həyatı, gənc yaşda repressiya qurbanı olan həyat yoldaşının şəxsiyyəti və yaradıcılığını işıqlandırıb;

Müşfiq həbs ediləndən sonra bacısı Böyükxanımı da həbs etmək üçün evinə gəlirlər. O isə "Müşfiqə canım fəda olsun" deyərək üzərinə benzin töküb özünü yandırır;

Müəllim işləyən kiçik bacısı Balacaxanım İsmayılzadə 9 sentyabr 1937-ci ildə həbs edilir. Həyat yoldaşı və qardaşı Müşfiqin vətən xaini kimi güllələnməsini səbəb gətirən hakimiyyət Balacaxanımı 6 il müddətinə azadlıqdan mərhum edərək Bayıl həbsxanasına salır. 1943-cü ilə kimi  davam edən sürgün illərini Arxangelşk vilayəti və Özbəkistan SSR-nin Koqand şəhərində keçirir, düşərgələrdə tibb bacısı işləyir. 1957-ci ildə bəraət alır;

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra Mikayıl Müşfiqə bəraət verilir.  

 

Törə Zeynal

 

 

 

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
Hamısı