Dünya ədəbiyyatında müharibə mövzusunda onlarla maraqlı əsərlər yazılıb. Eyni zamanda Azərbaycan ədəbiyyatında da müharibə mövzulu bir neçə əsər var.
Ednews yazıçılar arasında keçirilən sorğunu təqdim edir.
Müharibə mövzunda ən yaxşı hesab etdiyiniz əsərlər hansılardı?
Xalq şairi Sabir Rüstəmxanlı:
- Lev Tolstoy - "Hərb və Sülh", Mixail Şoloxov - "Sakit Don", E.M.Remark- "Zəfər Tağı", E. Heminquey- "Əlvida Silah", İsmayıl Şıxlı- "Cəbhə gündəlikləri", İsa Muğanna müharibə povestləri, Çingiz Aytmatov- "Cəmilə".
Yazıçı Səfər Alışarlı:
- Emmanuel Kazakeviç “Ulduz”, “Çöldə iki nəfər” povestləri. Bizim ədəbiyyatda bilavasitə müharibə mövzusunda yazılmış əsərlər çox bayağı təsir bağışlayır.
Şair Aqşin Yenisey:
- Müharibə mövzusu ilə bir yazı adamı və bir oxucu kimi demək olar ki, maraqlanmamışam. Mixail Şoloxovun "İnsanın taleyi", Ernest Heminqueyin "Əlvida, silah!", Yaroslav Hasekin "İgid əsgər Sveyq" və s. bu kimi bir neçə əsəri də qarşıma çıxdıqları üçün oxumuşam.
Yazar Sevinc Elsevər:
- Remark “Qərb cəbhəsində dəyişiklik yoxdur”, Dino Bussati "Tatar çölü", Seymur Baycan "Quqark", Svetlana Alekseyeviç "Müharibənin qadın olmayan üzü". Oxuduqlarım içində bunları xatırlayıram. "Sakit don" da dumanlı qalıb yadımda. Oxuyub unuduram adətən. "Əcəl zəngi"ni də oxumuşam, ancaq unutmuşam, təkcə qəhrəmanın ölüm səhnəsinin təəssüratı yadımda qalıb. Bizim Şərifin Ağayarın Qarabağ müharibəsindən bəhs edən hekayələri də unudulmaz və təsirlidir.
Oguz