"Kaliforniyada konsertim olmuşdu. Orda olanda eşitdim ki, erməni bir şəxs ABŞ-da balaban məktəbi açıb. Mən də dedim ki, nağara məktəbi açacam. Amma Bakısız qala bilmədim".
Bu sözləri “Natiq” ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov Ednews TV-nin qonağı olduğu verilişdə deyib.
"2002-ci ildə Fransanın Monpelye şəhərində böyük festivalda 40 gün qaldım. 15 gündən sonra evsiz dura bilmirdim, ağlayırdım. Vətən üçün, Bakı üçün darıxırdım. Bunu efir üçün demirəm".
Daha ətraflı video-müsahibədən izləyə bilərsiniz: