UNESCO-nun siyahısına daxil edilmiş şairə Xurşidbanu Natəvanın “Çiçək dəftəri”nə sertifikat verilib.
Ednews xəbər verir ki, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə UNESCO-nun “Dünyanın Yaddaşı” proqramı çərçivəsində beynəlxalq reyestrə daxil edilmiş görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın “Çiçək dəftəri” adlı illüstrasiyalı şeir albomunun namizədliyinə verilmiş sertifikatın orijinalını təqdim edib.
Əkbər Novruz