UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilmiş Xurşudbanu Natəvanın “Gül dəftəri” şeirlər albomu

Mədəniyyət 13:30 06.08.2024

Xalqımızın zəngin mədəni  irsi dünya mədəniyyətinin vacib tərkib hissəsidir. Odur ki, beynəlxalq mədəni platformalarda bu mədəni irsin tanıdılmasının zəruriliyi heç kimə sirr deyil. Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində qadınlara seçki hüququnun verilməsi Şərqdə qadın fenomeninin ən-ənələrə söykəndiyinin  parlaq təzahürüdür. Bu mənada İslam şərqində özünəməxsus yeri olan Azərbaycan qadınları içərisində Xurşudbanu Natəvanın məxsusi yeri vardır.   Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması da Azərbaycanda qadın fenomeninin səciyyələndirən vacib amillərdəndir.  UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında  Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunması ( nominasiyanı AMEA-nın əməkdaşı Nigar Babaxanova tədim etmişdi) mədəni irsimizin zənginliyindən xəbər verir.

 Xurşidbanu Natəvan  (Şuşa 6 avqust 1832, Şuşa 2 oktyabr 1897) XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. “Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar.

Tarixdən də məlumdur ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səfərində    Xan qızı Natavanla görüşmüş onlar şahmat oynamış, və Şairə  ona şahmatda qalib gəlmişdir. Məğlub olduğunu görən Düma özüylə gətiridiyi şahmatı və Napalionun kiçik büstünü Natavana bağışlamışdır. Xan qızının həyat yoldaşı, farnsızca səlis danışan Knyaz Xasay xan İsmiyev isə A.Dümaya “Devim” tipli tapança hədiyyə etmişdir.

couverture_background.jpg

Xan qızı Natavanın Dümaya hədiyyəsi haqqında isə  yazıçı özünün “Qafqaza səyahət” adlı əsərində qeyd edir: “ Xasay xandan təmiz fransızca yazılmış bir məktub aldım.: “Möhtərəm cənab siz ən yaxşı silaha maliksiniz , sizin kolleksiyanıza bir şey əlavə etmək məqəsdi ilə  bu iki arxalıqla kisəciyi qəbul etməyinizi knyagina sizdən xahiş edir. Kisəcik kinyaginanın öz əli ilə toxunmuşdur”.      

fffdddd.jpg

Xurşudbanu Natəvanın hazırda AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Mütəxəssislərin həm də “Gül dəftəri” adlandırdıqları bu albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər - qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında mənzərə və müxtəlif bitkilərin təsvirinə də rast gəlmək mümkündür. Onların sayı otuza çatır. Bütünlükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng çalarlarında ifadə olunan təsiredici ovqat şairənin poetik irsinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifəsində yanaşı yerləşdirilmiş şeir və təsvirin oxucuya-tamaşaçıya aşıladığı bədii-psixoloji əhvali-ruhiyyə də təsdiqləyir. Yuxarıda qeyd etdiyimiz kimi, Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik məziyyətlərlə yeniləşməsinə xidməti ilə diqqət çəkir.

download.png

Xurşudbanu Natəvan haqqında söz açdığımız alboma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil” və “Pərvanə” təsvirlərinin yanında zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin yaddaqalan sintezini yaratmağa nail olub. Əslində bunun özü də zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani nümunəsi sayıla bilər...

Bu rəsmlərin toplandığı 227 səhifəlik albomun zahiri bədii tərtibatı da çox diqqətçəkəndir. Belə ki, albom ilk növbədə cildindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub.

Xurşudbanu Natəvanın  “Gül dəftəri”nə daxil edilmiş bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib...

dddddd.png

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Ağdam rayonu işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmış, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təstiqləmişdir.

ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
 UNESCO klubunun rəhbəri Könül Həsənova 

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
Hamısı