İqlim dəyişiklikləri mədəni irsə necə təsir edir?

Mədəniyyət 16:36 18.11.2024

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Dünya liderlərinin iştirak etdiyi konfransda iqlim dəyişikliyinin müxtəlif sahələrə göstərdiyi mənfi təsirlər COP29 samiti daxilində müzakirə edilir.  


Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, müzakirə ediləcək məsələlərdən biri də iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirləri olacaq. 


Bəs iqlim problemləri mədəni irsə nə kimi təsirləri ola bilər?


EDnews hesab edir ki, iqlim dəyişikliyi mədəni irsə həm fiziki, həm də sosial-siyasi aspektlərdə mənfi təsir göstərə bilər. Ümumiləşdirsək mənfi təsirləri aşağıdakı kimi qruplaşdırmaq olar:


Fiziki Zərər və Deqradasiya - İqlim dəyişikliyi, xüsusilə qlobal istiləşmə, qasırğalar, sel, quraqlıq və digər ekstremal hava şəraitii mədəni irsin qorunmasını təhdid edir. Belə ki, artan istilik və nəm dəyişiklikləri, daş, taxta, metal və digər materiallardan hazırlanan tarixi strukturların zamanla aşınmasına və zədələnməsinə səbəb olur. Dünyanın 7 möcüzəsindən biri hesab olunan və dövrümüzə qədər gəlib çıxmış Misirdəki piramidalar və digər qədim abidələr, səhraların nəmli iqlimə çevrilməsi və sahildəki təbii mühitin dəyişməsi nəticəsində ciddi təhlükə altındadır. Qlobal istiləşmə və artan nəm, daşların aşınmasına və abidələrin zamanla deqradasiyasına səbəb olur. Eyni zamanda, Nil çayının səviyyəsinin dəyişməsi yerli mədəniyyəti təhdid edir. Quraqlıq, suyun səviyyəsinin dəyişməsi  arxeoloji tapıntıları təhlükə altına alır. Bəzi ərazilərdə torpaqların eroziyası arxeoloji tapıntıların aşkar edilməsini çətinləşdirir, hətta mümkünsüz hala gətirib çıxarır. 


Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində yox olan qədim şəhərlər - Dəniz səviyyəsinin yüksəlməsi, xüsusi ilə sahilboyu ərazidə yerləşən mədəni irs obyektlərini təhdid edir. Məsələn UNESCO Dünya Mədəniyyət İrs Siyahısına daxil olan Venesiya  suyun səviyyəsinin yüksəlməsi səbəbi ilə ciddi şəkildə təhdid altındadır. Suyun səviyyəsinin artmasına görə gələcək 10 ildə şəhərdə yaşayışın minumuma enəcəyi, hətta mümkün olmayacağı bildirilir. 

Ekosistemə bağlı olan mədəniyyət nümunələrinin məhvi - Bir çox mədəniyyət, ətraf mühitlə sıx əlaqədardır. Bura Cənubi Amerika ərazisində yayılan Maya mədəniyyətinin misal göstərmək olar. Qədim Maya sivilizasiyasının şəhərləri, arxeoloji sahələr və mədəni abidələri quraqlıq və yağışların qeyri-sabitliyi səbəbindən bu ərazilərin torpaqlarının keyfiyyəti pisləşir və Maya mədəniyyətinə aid bəzi tarixi izlərin itməsinə səbəb olur. Maya şəhərlərinin qalıqları, təbii eroziya və sel kimi təbiət hadisələr nəticəsində zərər görür və artefakt kimi məhv olmasına səbəb olur. 


Sosial və iqtisadi təsirlərin yaratdığı problemlər - İqlim dəyişikliyi, mədəni irsin qorunması və inkişafını sosial və iqtisadi baxımdan da təsir edə bilər. Bəzi turistik yerlər, mədəni və tarixi əhəmiyyət kəsb edən abidələr və şəhərlər, iqlim dəyişikliyi səbəbindən spesifikliyini itirir, beləliklə turizm gəlirləri azalır. Bu, iqtisadi itkilər və yerli mədəniyyətlərin mühafizəsi üçün zəruri olan maliyyə dəstəyi problemlərini də yaradır.


Sosial ədalət və mədəni bərabərsizlik - İqlim dəyişikliyi, həmçinin sosial və mədəniyyətlərarası bərabərsizlik yaradır.  Belə ki, zəif və kasıb ölkələr iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalır, nəticədə mədəniyyətlərarası bərabərsizlik yaranır. Bu,  mədəni irsin qorunmasına zərbə vura bilər, çünki bu ölkələrin resursları mədəni irsə sərmayə qoymağa kifayət etmir. İqlim dəyişikliyi nəticəsində, bəzən mədəni mülkiyyətin qorunması da sosial və hüquqi baxımdan çətinləşir. Yerli icmalar, mədəni mülkiyyətlərini və irsini qorumaq üçün məhdud resurslara sahib olur və bu da ətraf mühitin qorunmasına dair mübarizəni çətinləşdirir.

Mədəni irsin qorunması üçün təcili tədbirlər alınması, həm ölkələrin, həm də beynəlxalq təşkilatların birgə çalışmasını tələb edir. Bu baxımdan ölkəmizdə keçirilən COP29 beynəlxalq tədbiri çərçivəsində iqlim problemləri səbəbi ilə mədəni irsə dəymiş və dəyə biləcək zərərlərin araşdırılması və həlli istiqamətində işlərin görülməsi təkcə tarixi və mədəni abidələrin qorunmasını deyil, həm də mədəni ənənələrin və yerli biliklərin davamlılığını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı