Bu gün Çingiz Abdullayevin ad günüdür

Mədəniyyət 11:45 07.04.2025

Bu gün Azərbaycanın dünyaşöhrətli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, dəyərli ziyalımız, BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullaevin doğum günüdür.

“EDnews” xəbər verir ki, yazıçı 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Akif Abdulla oğlu Abdullayev Böyük Vətən müharibəsinin iştirakçısı olub. Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. 1988-ci ildə Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi alıb.

1989-cu ildə Polşanın Krakov Universitetinin fəxri professor olub. 1990-cı ildə H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. 1990-cı ildə Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. 1991-ci ildə Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib. 1990-cı ildən Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dən çox kitabın müəllifidir. Xidmətlərinə görə, “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində 1978-ci ildə Çexoslovakiya, Yuqoslaviya, 1986-cı ildə Bolqarıstan, 1989-cu ildə Danimarka, 1989-cu ildə Polşada səfərdə olub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə, “Şöhrət” ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

31 mart 2015-ci ildən isə “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir. 

Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Ədəbi fəaliyyətinə isə bir neçə lirik hekayə ilə -  o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri - “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya - “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.

2000-ci ildə İsveçin “Tresselit” (“Tresselit”) nəşriyyatı Abdullayevin “Qaranlıq simfoniyası” romanını nəşr edib. 2004-cü ildə Rumıniyada “Paidea” nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla “Dronqo” romanı, 2009-cu ildə isə “Günəş altında qaranlıq” romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunub - “Mənim gözəl alibim” (2008), “Kabuslar tuneli” (2008), “Demək olar ki, inanılmaz qətl” (2010), “Öz dünyanı yarat” (2010).

Çingiz Abdullayevin üç romanı - “İdeal hədəf”, “Bütlərin yükü” və “Öldürməyə öyrədilmiş” romanları Fransanın “L’Aube” (“L’aube”; “Sübh”) nəşriyyatında çap olunub (2012–2015). “İdeal Hədəf” romanı daha əvvəl fransız dilində nəşr olunub. 2015-ci ildən Latviyanın “Juvetas” nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr edib - “Bütlərin yükü” (2015), “Tənha ürəklərin evi” (2015), “Tərsinə çevrilmiş reallıq” (2016), “Qurban sindromu” (2016), “Alliqator xətti” (2017), “Həvəskarların arzusu”. 2003-cü ildə “AVE” nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr edib - “Minillikdə bir dəfə” və “İcazə verilən səhv”.

“Avropanın əleyhdarları” romanı 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunub. Xaricdə nəşr olunan digər romanlar arasında “İngilis Bulvarı” (Serbiya, 2019), “Transilvaniyaya Səyahət” (Polşa, 2016), “Oliqarxın Varisi” (Albaniya, 2006), “Əfsanə hüququ” (Ukrayna, 2010). Bolqarıstanda 1996-cı ildə “Herodun kölgəsi”, 2005-ci ildə “Adında şər” və “Adında xəyanət” romanları çap olunub. Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub.

Çingiz Abdullayevin əsərləri 34 dildə tərcümə olunub və dünyanın 100-dən çox ölkəsində işıq üzü görüb.

Tanınmış yazıçı Çingiz Abdullayev həmçinin Azərbaycanın ən tanınmış ictimai xadimlərindən biridir. O, uzun illərdir ki,  Beynəlxalq Avrasiya Mətbuat Fondununun ictimai fəaliyyətinə dəstək verir, onunla əməkdaşlıq edir. Tanınmış yazıçı 2022-ci ildən BAMF-ın Himayəçilər Şurasının sədridir.

BAMF-ın prezidenti Umud Mirzəyevin simasında BAMF ailəsi adından Çingiz Abdullayevi təbrik edir, ona şəxsi həyatında, həmçinin yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı