"Eurasia Diary" xarici KİV- ə istinadən məlumat verir ki, ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Chatham House" mükafatına layiq görülüblər.
Bu mükafat bir il əvvəl (2015-ci ildə) beynəlxalq münasibətlərin yaxşılaşdırılmasında əməyi olanlara verilib.
Qeyd edək ki, Amerikalı və iranlı diplomatlar da İngiltərə İnstitutunun mükafatına İranın atom probleminin həlli ilə bağlı göstərdikləri səyə görə layiq görülüblər.