Almaniya İstanbulda qondarma erməni soyqırımı ilə bağlı konserti təxirə salıb.
"Eurasia Diary" xəbər verir ki, Drezden Simfonik Orkestri İstanbuldakı Almaniya konsulluğunda konsert proqramıyla çıxış etməli idi. Konsertdə iştirak üçün Türkiyə rəsmilərinə, hətta prezident Rəcəb Tayyib Ərdoğana, baş nazir Binəli Yıldırıma dəvət göndərilib. Konsertin təşkil edilməsində məqsəd türk və erməni xalqının keçmiş yaralarını sağaltmaqdır.
Almaniya Xarici İşlər Nazirliyi elan edib ki, konsulluq deyilən tarixdə--noyabrın 13-də konsertə icazə verməyə hazır deyil.
Məsələ Berlinlə Ankara arasında gərginliyə səbəb olub.
Ermənilər I Dünya müharibəsi zamanı Türkiyə ərazisində milyon yarım erməninin soyqırıma, deportasiyaya məruz qaldığını deyirlər. Türkiyə ittihamları rədd edir.