Gələn ildən etibarən G20-yə Yaponiya sədrlik edəcək. Bu dövrdə Yaponiya beynəlxalq tarazsızlığa xüsusi diqqət ayıracaq.
Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, Tokio hesab edir ki, digər dövlətlər də Trampın ABŞ iqtisadi defisitini aradan qaldırmaq üçün ikitərəfli əlaqələrə olan diqqətinə qarşı qoşulacaqlar.
Bu həftə İndoneziyanın Bali adasında Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik görüşü keçiriləcək. Qeyd olunan görüşlərdə Yaponiya ticarət balansızlığını gündəmə gətirəcək.
Yaponiya Xarici İşlər Naziri Taro Aso: "Mən öz tərəfdaşlarıma söylədim ki, beynəlxalq balansızlıq dünya iqtisadiyyatına ciddi zərər vuran problemdir".
Qeyd edək ki, Yaponiya ikitərəfli əlaqələrdənsə çoxtərəfli əlaqələrin inkişafını dəstəkləyir.