Samir Şərifovun “manat” çıxışının şifrələri “Devalvasiya qaçılmazdır”

İqtisadiyyat 11:55 06.12.2018

“Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”.

Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Samir Şərifov fikrini “çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, sözlərilə əsaslandırıb.

 
İqtisadçı ekspert Əkrəm Həsənov
 

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Samir Şərifovun səsləndirdiyi fikirlər prinsipcə iqtisadiyyatda bilinən bir şeydir.

İqtisadçı ekspert bildirib ki, həqiqətən də çox güclü valyuta ölkədəki ixracatçıların ziyanınadır:

“Məsələ burasındadır ki, Azərbaycan neft və qazdan başqa nə ixrac edir ki? Neft və qazın qiymətini isə biz müəyyən etmirik. Hətta neft və qazın qiymətini dünya iqtisadiyyatı yox, dünyanın geosiyasəti müəyyən edir”.

Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycanda həqiqətən də sahibkarlığın möhkəmlənməsi üçün ciddi addımlar atılsa, bu zaman güclü manatın bizə mane olduğunu deyə bilərik:

“Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “Hamı yerli mal alsın, xeyir vətənə qalsın”, şüarı var idi. Bu fikir də düzgündür, ancaq gərək yerli sahibkara şərait yaradılsın. Yaradılacaq şərait yol xəritəsi, dövlət proqramı yox, ilk növbədə qanunların işləməsi, mülkiyyət hüququnun qorunması, məhkəmələrin ədalətli olmasıdır. Əgər bu sadaladıqlarım yoxdursa, ölkədə heç bir sahibkar inkişaf edə bilməz”.

İqtisadçı ekspert Samir Şərifovun bu açıqlama ilə özünü sığortaladığını deyib:

“Təxminən ay yarım əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinə təminat vermədiklərini bildirdi. Samir Şərifov isə açıqlama verərək qeyd etmişdi ki, 3 il ərzində manatın məzənnəsinin sabit qalmasına təminat verir. Halbuki, manatın məzənnəsi neftdən asılı bir şeydir. Samir Şərifov əvvəl qoyduğu mövqeni yumşaldır. Əgər bir müddət sonra devalvasiya olsa və Samir Şərifovdan soruşulsa ki, bəs 2018-ci ilin payızında manatın məzənnəsinin 3 il ərzində sabit qalacağına təminat vermişdiniz. O da deyəcək ki, payızda elə demişdim, qışda da demişdim ki, “milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”.

Əkrəm Həsənov bildirib ki, manatın devalvasiyası Samir Şərifovla, Elman Rüstəmovun çıxışlarından yox, neftin qiymətindən asılıdır:

“Neftin qiyməti bu şəkildə düşməkdə davam etsə, devalvasiya qaçınmazıdır”.

 
İqtisadçı alim Qubad İbadoğlu


İqtisadçı alim Qubad İbadoğlu isə Samir Şərifovun səsləndirdiyi fikirləri bu cür şərh edib:

“Neftin qiyməti ucuzlaşan kimi hökumətin yadına manat düşür. Maliyyə nazirinin açıqlamasına görə, “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq”.

Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq.

Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.

İkincisi, Azərbaycan həqiqətən də bahalı, lakin keyfiyyətsiz və təhlükəli malların idxalı üçün cəlbedici ölkəyə çevrilir.

Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır”.

Qubad İbadoğlu sonda qeyd edib ki, maliyyə naziri açıqlaması ilə manatın məzənnəsinin sabit saxlanılması siyasətinin dəyişəcəyinə eyham vurub. Onun nə qədər tez baş verməsi həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Hamısı