Fikrimcə, bu gün Azərbaycanda gündəmdə olan sosial problemlər ilk üçlüyə düşə biləcək problemlərdir.
Eurasia Diary xəbər verir ki, bu sözləri Real TV-yə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib:
“Çünki artıq çoxdan bu barədə ciddi ictimai müzakirələr gedirdi. Bilirsiniz ki, cənab prezident özünün verdiyi anonsda bu məsələyə toxundu. Bu, olduqca masştablı, mürəkkəb ciddi hazırlıq tələb edən bir problem idi. Düşünürəm ki, devalvasiyadan sonrakı bütün dövrdə bu məsələ heç vaxt cənab prezidentin gündəliyindən çıxmayıb. Məhz ona görə indi belə bir qərar verildi. Biz eyni zamanda həm iqtisadiyyatı stabilləşdirmək, iqtisadiyyatı dünyada olan yeni neft qiymətlərinə uyğunlaşdırmaq, onun dayanlıqlılığını təmin etmək və digər tərəfdən isə cənab prezidentin sosial siyasət sahəsində atdığı digər radikal addımlardan da danışacağıq. Təbii ki, bunların hamısını eyni vaxtda etmək mümkün deyildi. İlk növbədə iqtisadi stabillik yaradılmalı, bu iqtisadiyyat yeni reallıqlara uyğunlaşdırılmalıdır. Ölkə son 2 ildə olduqca masştablı bir manevr həyata keçirib”.