Azərbaycan və Çin Transxəzər marşrutuna 30 konteyner qatarı buraxacaq | Eurasia Diary - ednews.net

19 May,


Azərbaycan və Çin Transxəzər marşrutuna 30 konteyner qatarı buraxacaq

İqtisadiyyat A- A A+

“ADY Konteyner” MMC ilə Çinin “Xi'an Continental Bridge International Logistics Co. Ltd” 2019-cu ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 30 konteyner qatarını (2 460 TEU) buraxmağı planlaşdırır.

ONA-nın "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi məlumata görə, bu günlərdə Pekində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində şirkətlər arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb.

“Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq”, - məlumatda deyilir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...