Ölkəyə daxil olan məhsul sonadək izlənəcək - VİDEO | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Ölkəyə daxil olan məhsul sonadək izlənəcək - VİDEO

İqtisadiyyat A- A A+

Vergilər Nazirliyinin üzərində çalışdığı yeni uçot sisteminin əsas məqsədi qanunsuz iqtisadi fəaliyyətin qanuniləşdirilməsi və verginin əhatə dairəsini artırmaqla büdcə gəlirlərinin çoxalmasına nail olmaqdır.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, bu məqsədlə həyata keçiriləcək önəmli yeniliklərdən biri ölkəyə gömrükdən daxil olan malların sonunadək izlənməsi prosesidir.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu sahədə öncədən ciddi boşluqlar vardı.

Rəşad Həsənovun sözlərinə görə sahibkarların yenidən kateqoriyalaşdırılması da yeni uçot sisteminin tətbiqini zəruri edib. Belə ki, hazırda mikro, kiçik, orta və iri sahibkarlıq kateqoriyaları mövcuddur.

Vergilər Nazirliyi 2020-ci il yanvarın 1-dən etibarən yeni uçot sistemini tətbiq edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...