Lənkəranda ilk dəfə təbii qara çay istehsal edildi - FOTO | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Lənkəranda ilk dəfə təbii qara çay istehsal edildi - FOTO

İqtisadiyyat A- A A+

Çayçılıq ənənələrinin inkişaf etdirilməsi, çaya olan daxili tələbatın ödənilməsi, idxaldan asılılığın azaldılması hazırda ölkəmizdə prioritet hesab edilən sahələrdəndir. Sözügedən istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə və ümumilikdə sahənin inkişafına təkan verilməsi məqsədilə çayçılıq sahəsi üzrə ixtisaslı kadr təminatının hazırlığına xüsusi önəm verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə 2018-2019-cu tədris ilindən etibarən Lənkəran Peşə Liseyində “Çay və sitrus ustası”, “Fermer” ixtisas qrupları fəaliyyətə başlayıb. Liseyin müəllim və tələbələri qara çay istehsalının bütün mərhələlərində iştirak edərək təcrübə qazanıblar. Onlar çayçılığın inkişafında böyük əhəmiyyəti olan çay şitilləri yetişdirib və ilk dəfə təbii qara çay istehsal ediblər. Yüksək keyfiyyətə malik və tam orqanik olan çay məhsulunun təqdimatı da keçirilib.

Xatırladaq ki, çayçılıq sahəsində təcrübəli kadr hazırlamaq üçün Lənkəran Peşə Liseyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...