Bu gün region üçün əhəmiyyətli olan Trans-Anadolu Qaz Kəmərinin (TANAP) Avropa hissəsində Türkiyənin Yunanıstan sərhəddi yaxınlığındakı Ədirnədə açılış mərasimi keçiriləcək.
Bölgənin ən strateji layihələrindən olan boru kəməri Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhəddindən Türkiyə-Yunanıstan sərhəddinə çatdıracaq. Şahdəniz-2 yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri ilə nəql ediləcək və Gürcüstan sərhəddi yaxınlığında TANAP-a bağlanacaq, daha sonra Yunanıstan sərhəddindən TANAP Trans Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcəkdir.
Layihə çərçivəsində ilkin olaraq 16 milyard kubmetr təbii qazın nəqli planlaşdırılır. Üç boru kəmərinin ümumi uzunluğu 3200 kilometrdən çox olacaq.
Eurasia Diary Ədirnədən eksklüziv videonu təqdim edir: