Elmira Süleymanovaya yeni vəzifə verildi | Eurasia Diary - ednews.net

27 Yanvar, Bazar ertəsi


Elmira Süleymanovaya yeni vəzifə verildi

İqtisadiyyat A- A A+
Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.
 
Eurasia Diary report-a istinadən xəbər verir ki, indiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.
 
Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi tam ştat işə götürülüb.
 
Neft-Kimya Prosesləri İnstitutundan sayta fakt təsdiqlənib.
 
Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.
 
1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
 
E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...