Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 2,46% azaldıb. | Eurasia Diary - ednews.net

23 Fevral,


Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 2,46% azaldıb.

İqtisadiyyat A- A A+

Gürcüstan ötən il Azərbaycandan 170,2 min ton yanacaq idxal edib.

Eurasia Diary Report-un verdiyi məlumata istinadən bildirir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Hesabat ilində qonşu ölkənin tədarük etdiyi yanacağın 15,5%-i Azərbaycanın payına düşüb.

İllik müqayisədə Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 4,3 min ton və ya ya 2,46% azaldıb. 2018-ci ildə Azərbaycan qonşu ölkənin yanacaq idxalının 31,3%-ni təmin edib.

2019-cu ildə Gürcüstanın tədarük etdiyi benzin və dizelin ümumi həcmi 1 096 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,9 min ton və yaxud 0,26% azdır. Benzinin həcmi 544,3 min ton, dizelin həcmi isə 551,7 min tona bərabər olub.

Ötən il Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya (329,9 min ton) olub. Rusiyanın qonşu ölkənin ümumi yanacaq idxalındakı payı 30,1% təşkil edib. Gürcüstan həmçinin Rumıniya (300 min ton), Türkmənistan (119,4 min ton), Bolqarıstan (92,4 min ton), Yunanıstan (60,7 min ton), Türkiyə (19,8 min ton) və digər ölkələrdən də yanacaq tədarük edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...