Azərbaycan əhalisi apreldə əczaçılıq və tibbi mallara 58 mln. manata yaxın xərcləyib | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Azərbaycan əhalisi apreldə əczaçılıq və tibbi mallara 58 mln. manata yaxın xərcləyib

İqtisadiyyat A- A A+

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən  EDNews.net-ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7% çoxdur. Təkcə ötən ay əhaliyə 57,7 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...