“Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər” - Mikayıl Cabbarov | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


“Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər” - Mikayıl Cabbarov

İqtisadiyyat A- A A+

“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.

EDNews.net-in məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. 

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

“Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...