Belarusda baş verən hadisələrin Rusiya iqtisadi stabilliyinə təsir etməsə də müəyyən mənfi nəticələri olacaq deyə Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib, Eurasia Diary Rusiyanın TASS agentliyinə istinadən xəbər verir.
"Belarusiyada baş verənlər açıq şəkildə iqtisadi inkişafa və iqtisadi sabitliyə qatqı təmin etmir, əksinə. Avrasiya İqtisadi Birliyində birlikdə iştirak etdiyimizi nəzərə alsaq əlbəttə ki, bu məsələ narahtalıq doğurur”, Peskov jurnalistlərə açıqlamasında deyib.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya “bütün iqtisadi prosesləri sabit vəziyyətdə saxlamağa və risklərdən qorunmağa imkan verən iqtisadi təhlükəsizlik həddinə malikdir”.