Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yüklər Çinə yola düşdü | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yüklər Çinə yola düşdü

İqtisadiyyat A- A A+

Bu gün Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb.

Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Marmara ərazisindən keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Trans-Xəzər Beynəlxalq Marşrutu və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Çinə çatacaq qatar 8 min 693 kilometr yol qət edəcək.

Bildirilib ki, bu qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək yükləri 12 gün ərzində Çinə çatdıracaq.

İlk dəfə 2019-cu ildə Çindən yola düşən və Trans-Xəzər Bəynəlxalq Nəqliyyat Marşrutundan keçməklə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Avropaya, Praqa şəhərinə tranzit qatarla yük daşınıb.

Qeyd edilib ki, Çin ilə Türkiyə və Avropa xəttində 10 blok qatar istismara verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...