Ukrayna yalnız Azərbaycandan neft alır - Bu ilin statistikası | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Ukrayna yalnız Azərbaycandan neft alır - Bu ilin statistikası

İqtisadiyyat A- A A+

Bu ilin yanvar ayında Ukrayna 34,34 mln ABŞ dolları dəyərində xam neft idxal edib.

Ukrayna mətbuatında verilən məlumata görə, bu barədə ölkənin Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 14 % çoxdur. 2020-ci ilin yanvar ayında ölkənin idxal etdiyi xam neftin dəyəri 30,12 mln ABŞ dolları təşkil edib.

Ötən ay Ukraynaya gətirilən bütün xam neft həcmləri Azərbaycandan tədarük edilib.

Eyni zamanda, yanvar ayında Ukrayna neft və neft xammalı idxalını 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,9 dəfə və ya 49,32 min ton artırıb. Ötən ay Ukraynanın idxalı 106,98 min ABŞ dolları dəyərində olub.

Qeyd edək ki, yanvar ayında Ukrayna xam neftin ixracını həyata keçirməyib.

2020-ci il ərzində Ukrayna xarici ölkələrdən 409,17 mln ABŞ dolları dəyərində 1,25 mln ton neft idxal edib.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...