Milli Məclis təsdiqlədi - Çörəyin qiyməti bahalaşmayacaq | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Milli Məclis təsdiqlədi - Çörəyin qiyməti bahalaşmayacaq

İqtisadiyyat A- A A+

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək.

Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilib.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...