Şərqi Zəngəzur iqtisadi rayonuna xarici investisiya cəlb etmək olarmı?

İqtisadiyyat 11:47 27.07.2021

“Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan 5 inzibati vahidin potensialına diqqət yetirsək, bu rayonun iqtisadi potensialının nə qədər yüksək olduğunu görə bilərik”.

Eurasia Diary xəbər verir ki, bunu Report-a açıqlamasında xarici investisiyaların cəlb edilməsi üçün Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan imkanlardan danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bu inzibati vahidlərin Azərbaycan iqtisadiyyatında oynayacağı rolu ön plana çəkib:

“Azərbaycanda Zəngəzur dəhlizinin ilk iqtisadi faydasını məhz bu rayon götürəcək”

“Kəlbəcər inzibati rayonunda Yuxarı İstisu, Aşağı İstisu sanatoriyaları ilə turizmə dəstək pontesialı var. Eyni zamanda Kəlbəcərin faydalı qazıntı yataqları var ki, bunların hər biri xarici investisiyanın cəlb edilməsi üçün tutarlı əsasdır. Cəbrayıl rayonunda sement istehsalı üçün kifayət qədər xammal potensialı var. Eləcə də burada heyvandarlıq, əkinçilik potensialı var ki, sonrakı proseslərdə istər qida, istərsə də toxuculuq sənayesinin inkişafı üçün əlverişlidir. Bütün bu faktorlar xarici investorların Şərqi Zəngəzura cəlbi üçün kifayət qədər tutarlı səbəblərdir. Laçının coğrafi relyefi imkan verir ki, burda dünya üzrə rəqabət qabiliyyətli bir arıçılıq təsərrüfatı yaradılsın. Bu iqtisadi rayon Zəngəzur dəhlizinin Azərbaycanla birləşən coğrafi kordinatlarında yerləşir. Azərbaycanda Zəngəzur dəhlizinin ilk iqtisadi faydasını məhz bu rayon götürəcək. Bundan sonrakı müddət ərzində digər iqtisadi rayonların da faydasını görəcəyik”.

Millət vəkili Vüqar Bayramov da Şərqi Zəngəzurun iqtisadi potensialının böyük olduğunu düşünür:

 

 “Şərqi Zəngəzurun potensialı ilə yaxın illərdə Azərbaycan iqtisadiyyatının 4 %-i formalaşdırılacaq”

“Şərqi Zəngəzur həm turizm, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəlki dövrlərdə bu rayon Kəlbəcər-Laçın iqtisadi rayonu kimi təsnifləndirilirdi və Azərbaycan iqtisadiyyatında xüsusi paya malik idi. Bu rayonun həm sənayedə, həm də aqrar sektorda, xüsusən də heyvandarlıqda, o cümlədən turizm, sağlamlıq sahəsində geniş imkanları olub. Amma uzun müddət işğal altında qalması həmin rayonlarımızın potensialının isifadəsinə imkan vermədi. Nəticədə işğal müddətində Şərqi Zəngəzur iqtisadi rayonunun və bu rayonun inzibati vahidlərin ÜDM-dəki payı 0,1%-ə qədər azaldı. Baxmayaraq ki, potensial böyük idi, işğal nəticəsində həmin potensialdan istifadə oluna bilmədi".

V.Bayramovun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonu ölkədə aqrar sahənin inkişafına mühüm töhfə verəcək: “Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan inzibati vahidlər azaddır və onların iqtisadi potensialından istifadə etmək mümkün olacaq. İlkin qiymətləndirmələr göstərir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun potensialı yaxın illərdə bütövlükdə Azərbaycan iqtisadiyyatının təxminən 4 %-i formalaşdırmaq imkanına malik olacaq. Bu o deməkdir ki, yaxın dövrlərdə Şərqi Zəngəzur iqtisadi rayonunda təxminən 3 milyard manata yaxın aqrar və sənaye məhsullarının istehsalı mümkündür. Şərqi Zəngəzur iqtisadi rayonu heyvandarlığın inkişafı baxımından kifayət qədər böyük potensiala malikdir. Bu da imkan verəcək ki, daxili bazara çıxarılan aqrar məhsullar və heyvandarlıq məhsullarının payında artımlar olsun”.

Millət vəkili Şərqi Zəngəzurdakı ixrac potensialından da söz açıb: “Bu iqtisadi rayon kommunikasiyalar birləşməsində yerləşəcək. Artıq Horadizlə Zəngilan arasındakı dəmir yolu xətti inşa edilir. Eyni zamanda Horadizdən Ağbəndədək asvalt avtomobil yolu inşa edilir. Nəticədə həmin yolların da həm Zəngəzur Dəhlizinə, həm də şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi imkan verəcək ki, Şərqi Zəngəzurda istehsal edilən məhsulları daha böyük bazarlara çıxarmaq mümkün olsun. O baxımdan iqtisadi rayonun kifayət qədər böyük ixrac potensialı var. Bütövlükdə bu rayon həm aqrar məhsullar, həm sənaye məhsulları, xüsusən də qiymətli materiallara olan tələbin ödənilməsində böyük potensiala malik olduğuna görə güman olunur ki, bu, bazardakı qiymətlərə də təsir göstərəcək Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi daxili bazara daha çox məhsulun çıxarılmasına imkan verəcək ki, bu da növbəti illərdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılmasına və bir sıra məhsulların qiymətlərinin aşağı düşəcəyinə zəmin yaradır. Güman olunur ki, bununla da artıq həm bazarda yerli məhsulların payı artacaq, həm də qiymətlər optimallaşacaq ki, bu da idxaldan asılılığın aradan qaldırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından çox vacibdir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı