Neft istehsalçısı olan ölkədə benzinin belə bahalaşması absurddur Natiq Cəfərli

İqtisadiyyat 15:47 15.09.2021

Son dövrdə Azərbaycanda yanacağın qiymətində kəskin bahalaşma bir çox suallar doğurub. Hələ ili əvvəlində həm dizel, həm də müxtəlif oktanlı benzinlərdə qiymətin artması ümumi iqtisadiyyata təsirsiz ötüşməyib. Lakin son dönəmdə Aİ 95 (Premium) və Aİ 98 (Super) benzinlərində ardıcıl qiymət artımı daha ciddi mübahisə doğuran sualların ortaya çıxmasına səbəb olub. Bəs görəsən bu artımın səbəbi nə ilə bağlıdır? 

SOCAR-ın verdiyi açıqlamaya görə, əsasən Aİ 95 və Aİ 98 markalı benzinlərdə müşahidə olunan kəskin qiymət artımı ölkədə həmin növ benzinin istehsalı üçün şəraitin olmamasıdır. Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bir əsrdən çox neft istehsalçısı kimi formalaşmış ölkədir. Həm təbii resursları, həm də maddi bazası olan belə bir ölkənin həmin markalı benzinləri xaricdən satın alması sözün əsl mənasında həm təəccüb, həm də utanc doğurur. 

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli EDNews-a açıqlama verib. O qeyd edib ki, Azərbaycanda Aİ 95 və Aİ 98 növ benzinlərin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bir neçə il bundan əvvəl Tarif Şurasının nəzarətindən çıxarılmaqla ləğv edilib. İqtisadçı onu da əlavə edib ki, o zaman həmin növ benzinlərin satışı bazar mühitinə uyğun şəkildə tənzimlənərək həyata keçiriləcəyi deyilmişdi. 

“Xatırlatmaq istərdim ki, Azərbaycanda Aİ 95 və Aİ 98 növ yanacaqların satışı o zaman liberal dəyərlərə, yəni ümumi bazar dəyərinə uyğun olaraq rəqabətli mühitdə formalaşacağı elan edilmişdi. Lakin təəssüf ki, biz bunu görmədik, əksinə bunun tam əksini gördük. Hazırda sirr deyil ki, SOCAR bu sahənin təkbaşına inhisarçısıdır. Bu səbəbdən də, bazarda heç bir rəqiblə qarşılaşmayan SOCAR qiymət artımında vahid söz sahibidir”.

Natiq Cəfərli SOCAR-ın qiymət artımında bu markalı benzinin yalnız xaricdən idxal edilməsi ilə bağlı göstərdiyi səbəbə də toxunub. 

“Doğrudan da 150 ildən çox neftçıxarma tarixinə malik olan Azərbaycan nəyə görə bu günə qədər keyfiyyətli benzin istehsalı ilə bağlı problemi həll etməyib? Utanc verici haldır ki, bu gün biz ölkəyə gətirilən Aİ 95 markalı benzinin 72%-ni Rusiyadan alırıq. Necə olur Rusiya bunu edə bildiyi halda Azərbaycan bunu edə bilmir? Hesab edirəm bu çox ciddi bir problemdir. Bu SOCAR və hökumətin bu sahədə yanlış qərar verdiyinin bariz nümunəsidir”.

“Fikrimcə əgər Azərbaycanda vaxtilə modern benzin istehsalı zavodu inşa edilsəydi bu gün nəinki özümüz, hətta Azərbaycan başqa ölkələrə benzin ixrac edən ölkə ola bilərdi və bu da ölkəyə xam neft istehsalı və ixracatından daha çox gəlir gətirərdi” – deyə, iqtisadçı qeyd edib.

 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı