“Nə rubl, nə də bitkoin Rusiyanı xilas etməyəcək” Vahid Əhmədovdan İQTİSADİ ANALİZ

İqtisadiyyat 16:10 25.03.2022

Son illər ərzində, xüsusuilə Ukrayna ilə müharibədən sonra sanksiyalar Rusiyanı enerji bazarında xeyli sıxışdırıb. Hazırda dollar və avrodan məhrum edilən Rusiya müvəqqəti olaraq öz milli valyutasını dövriyyəyə buraxıb. Hətta rəsmi məlumatlarda qeyd edilir ki, Rusiya yaxın zamanda enerji bazarında “Bitcoin” adlanan kriptovalyutadan istifadə etmək fikrindədir. Enerji məsələləri üzrə Rusiya Dövlət Dumasının rəhbəri Pavel Zavalnının sözlərinə görə, Rusiya yaxın zamanda artıq Türkiyə və Çin kimi ona müttəfiq olan ölkələrlə neft və qaz ticarətini bitcoin üzərindən həyata keçirməyi planlaşdırır. 

“Biz uzun müddətdir ki, Çinə rubl və yuan üzrə milli valyutalarda hesablaşmalara keçməyi təklif edirik. Türkiyə ilə lirə və rubl olacaq. Bunula yanaşı, biz həmçinin Bitcoin ilə ticarət edə biləcəyik,” - deyə Rusiya rəsmisi qeyd edib. Pavel Zavalnı həmçinin dost adlandırdığı ölkələrlə qızılla da ticarətin mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya dünyada ən böyük neft və qaz ixracatçısı olmaqla yanaşı, həm də 47,805 milyard kub metr qaz ehtiyatlarına sahibdir. Onun ən böyük alıcıları arasında isə məhz Avropa dayanır. Məsələn, Rusiya gün ərzində əldə etdiyi təxminən 10 milyon ton xam neftin 4.7 milyon tonunu, yəni təxminən yarısını İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan 38 Avropa ölkəsinə ixrac edir. Bundan əlavə, Rusiya təkcə Avropaya qaz ixracını 2020-ci ilədək 20%-ə qaldırıb. 

Hazırda müharibə fonunda Rusiyanın enerji bazarında sərbəst hərəkət edə bilməsi və böyük alıcılarından olan Avropa ilə ticarəti hansı formada inkişaf etdirə biləcəyi sual doğuran məsələdir. 

Ednews məsələnin aktuallığını nəzərə alaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun fikirlərini öyrənib. İlk olaraq, Rusiyanın enerji bazarında rublu işə salma planına toxunan millət vəkili, ağır sanksiyalar qarşısında bunun uğursuz olacağını qeyd edib. 

About AZN 4 bn of budget comes from VAT - <font color=red>Vahid  Akhmedov</font>

“Bunu birmənalı qeyd edə bilərəm ki, Rusiyanın rublla bağlı planı heç bir nəticə verməyəcək. Çünki əvvəla rubl beynəlxalq vayuta kimi tanınmır və heç bir beynəlxalq ödəmələrdə iştirak etmir. Digər tərəfdən də Avropa tərəfi də bəyanat verib ki, rublla heç bir ticari ödəmələr həyata keçirilməyəcək. Rusiya sadəcə son şanslarından istifadə etməyə çalışır. Lakin bunun sonu Rusiya iqtisadiyyatının çöküşünü göstərir”. 

Vahid Əhmədov Rusiyanın ona müttəfiq olan ölkələrlə ticarətini Bitcoin və hətta qızıl vasitəsilə həyata keçirmə təklifi ilə də bağlı fikir bildirib. O, eyni zamanda Bitcoinin yaxın gələcəkdə dollar və avronu üstələyə biləcək potensialından da söz açıb. 

“Hazırki şəraitdə Rusiyanın beynəlxalq ticarətdə Bitcoin vasitəsilə çıxış yolu tapması mümkün görünmür. Qızıla gəlincə, Rusiyanın bəhs etdiyi qədər qızıl ehtiyatı da yoxdur və qızıl ehtiyatları digər dövlətlərin banklarındadır. Onların Rusiya ilə ticarətdə istifadəsinə isə sanksiya qoyulub. Burada istər Türkiyə olsun, istərsə də Çin, bu məsələnin yaxın zamanda asanlıqla həll ediləcəyinə ümid etmirəm. 

O ki, qaldı Bitcoinin beynəlxalq səviyyədə aparıcı valyutaya çevrilməsinə, əlbəttə bu qarşıdakı 15-20 il ərzində öz müsbət nəticəsini göstərə bilər. Hətta qeyd etmək istərdim ki, bu ona doğru gedir”.    

Millət vəkili həmçinin qeyd edib ki, müharibə dayandırlmadığı təqdirdə Rusiyanın iqtisadi böhrandan qurtulmaq üçün heç bir çıxış yolu olmayacaq. 

“Avropa Rusiya üçün bütün varintların yolunu kəsib. Bu Avropa üçün bir ortaq prinsip olaraq Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyır. Rusiya nə etsə də bu onun iqtisadiyyatını ayaqda saxlaya bilməyəcək. Hətta müttəfiq saydığı və sanksiyalara qoşulmayan Çin və Türkiyə belə, Ukraynaya hər sahədə dəstək göstərir. Bu səbəbdən də nə rubl, nə də bitcoin Rusiya üçün çıxış yolu sayıla bilməz”. 

Elnur Ənvəroğlu

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
Hamısı