Rusiyanın region iqtisadiyyatına təsiri Azərbaycana bu necə təsir edəcək?

İqtisadiyyat 18:57 04.04.2022

Getdikcə dərinləşən Rusiya-Ukrayna müharibəsi regiondaki ümumi iqtisadi sistemə də təsir etməyə başlayıb. Lakin bu bəzən o qədər də effektiv görünmür. Hətta bu yaxınlarda Ukrayna XİN naziri Dmitri Kuleba Qərbin sanksiya tətbiq etməkdən yorulduğunu qeyd edərək daha çox dirəniş göstərilməsinə ehtiyacın olduğunu deyib. Görünən budur ki, Rusiya Qərbin gözlədiyindən daha güclüdür. Əsas məsələ də regionda ən güclü enerji daşıyıcısı olan Rusiyanın öz sözünün ağası ola bilməsidir. 

Bir neçə həftə öncə iqtisadçı ekspertlər qeyd edirdilər ki, Rusiya sanksiyalar qarşısında tab gətirməyəcək və rublun əsasən də enerji bazarında dövriyyəyə girməsi mümkünsüzdür. Lakin gedişat dəyişir, Rusiya sanki bu oyunda Qərbə sağ əlini göstərərk sol əli ilə zərbə endirməyə çalışır. 

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov ilk öncə Qərbin sanksiyaları qarşısında güc göstərən Rusiyanın son nöqtədə harada dirənə biləcəyi və hazırki şəraitdə gücünün nədən qaynaqlandığını deyib. O, bu barədə Ednews-a açıqlaması zamanı bildirib. 

“Rusiyanın son dirəniş nöqtəsi yalnız ona qarşı durmadan artan sanksiyalar olacaq. Əslində sözün açığını desək, Rusiyanın Ukraynadakı apardığı işğalçı müharibə Qərbin ürəyincədir. Müharibə uzandıqca Rusiya Ukrayna bataqlığına qərq olur və bu da onun iqtisadiyyatının sonunu gətirir. Fikrimcə müharibə bir qədər də uzanarsa Rusiya ən uzağı bir il ərzində müflis olacaq. 

Burada bir maraqlı məqamı da istərdim qeyd edim. Hazırda Rusiya və Ukrayna hər iki tərəf müharibənin sona çatmasını istəyir. Lakin Rusiya istəsə də, buna bəzi qüvvələr imkan vermir. Bu Rusiyanın daxili auditoriyasının yarada biləcəyi gərginliklə bağlıdır. Əgər müharibəni Rusiya birinci dayandırarsa, o zaman hakimiyyətə sual veriləcək: bu qədər əsgərin qırılması kimə lazım idi? Son olaraq nə əldə edildi? Bu səbəbdən də Rusiya hakimiyəti daxildən sarsılmamaq üçün dirəniş göstərir”. 

Eldəniz Əmirov Rusiya iqtisadiyyatının regiona və xüsusilə Azərbaycana mənfi təsirindən də söz açıb. 

“Müharibə nəinki regiona, hətta bütün dünyaya öz mənfi təsirini göstərəcək. Ola bilsin burada Cənubi Afrika, Amerika və Ukrayna ilə ticarət əlaqələri olmayan bir-neçə ucqar ölkələr istisna təşkil etsin. Lakin ümumilikdə region dövlətləri, habelə Qərb özü belə bunun mənfi təsirini hiss edəcək. Sadəcə Avropanın iqtisadi böhranı hiss etməsi Rusiya ilə müqaisədə olduqca yüngül ola bilər. Çünki Avropanın enerji asılılığı ona bir qədər çətinlik yaratmaqdadır. Bu da hansı ki, Almaniyanın rəsmi açıqlamasına görə 2022-ci ilin payızında kömür, ilin sonunda isə neft asılılığından qurtaracağını bildirir. 

Region dövlətlərinə - Azərbaycana gəlincə, bunu qeyd etməliyəm ki, Rusiyanın iqtisadi vəziyyəti ölkəmizə təsirsiz ötüşməyib. Artıq Rusiyadan Azərbaycana idxal olunan  ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunmaqdadır. Yalnız qabaqlayıcı tədbir olaraq bunu qeyd edə bilərəm ki, Azərbaycanın Rusiyadan idxal asılılığı 79% təşkil edirdisə, hazırda bu asılılıq həcmi 50%-ə endirilib. Artıq yanvar ayından etibarən qalan 29% idxal prosesi Qazaxıstanın üzərindən aparılır. Bundan əlavə, qarşıda bu rəqəmlərin bərabərləşəcəyi də gözlənilir”. 

Ekspert həm də Ukraynaya dəymiş ziyandan və onun bərpa edilməsi üçün lazım olan vəsaitdən söz açıb. 

“Müharibədən sonra Ukraynanın bərpa olunması üçün təxminən 1 trilyard dollar vəsaitə ehtiyac ola bilər. Ukraynada bir çox şəhərlər yerlə yeksan edilib və hektarlarla ərazilər əkinə yararsız vəziyyətə gətirilib. Bundan əlavə Ukraynanın iqtisadiyyatının bərpa olunması üçün istehsal prosesi və kənd təsərrüfatının dirçəlməsinə ehtiyac var. Bundan öncə isə ən əsası yaşayış ərazilərinin, infrastrukturun yenidən bərpası vacibdir. Düşünmürəm ki, Qərbin göstərəcəyi maddi yardım Ukraynanın tam ehtiyaclarını ödəyə bilsin. Bu baxımdan xeyli zamana ehtiyac var”. 

Bundan əlavə, iqtisadçı rublun ticarət dövriyyəsinə salınmasının əhəmiyyəti və bundan sonrakı perspektivləri barədə fikir bildirib.   

“Rusiyanın rublla ödəniş məsələsi düşünürəm ki, manipulyativ addımdır. Belə ki, bu manipulyasiya həm daxili auditoriyaya hesablanıb, eyni zamanda rubla bir psixoloji dəstək göstərmək məqsədi daşıyır. Zatən Moskva birjasının açılması bir müddət öncə olsa da, əslində bunu biz bazar şərtləri daxilində açılan bir birja olaraq qiymətləndirə bilmərik. Burada məhdud sayda şirkətlərin səhimləri satışa çıxarılıb və onu da dövlət Rusiya Mərkəzi Bankının timsalında özü alır. Burada rubla vaxtaşırı bazar deyil, Mərkəzəi Bank tərəfindən müəyyən məzənnə təyin edilir. 

Hazırda Rusiya zorla rublu ticarət dövriyyəsinə salsa da, bu ona çox da xeyir qazandırmayacaq. Onsuz da Avropa rublla ticarətdən birmənalı imtina edir. Rusiya rublla ticarət etsə belə, yenə ölkə daxilinə xarici valyuta daxil olur. Rusiya hökumətinin qərarına görə Rusiya tərəfindən qaz almaq istəyən tərəf Qazprom Bank-da iki hesab açır: biri rubl, digəri də avro hesabı. Daha sonra birjada alqı-satqı ilə rubl alınır və həmin rubl qaz üçün ödənilir. Daha aydın desək Qaz üçün verilən avro, rubl üçün verilir və nəticədə bütün Avropa yenə də avro ilə ödəniş etmiş olur. Burada bir tərəfdən Rusiya demək istəyir ki, Avropa Rusiyanın çaldığını oynayır, digər tərəfdən belə bir mexanizmi işə salmaqla Rusiya rublun aktivliyini artırmağa çalışır. Bu da qısa müddətli dövr üçün Rusiyaya xeyir verə bilər, lakin uzun müddətli perspektivdə bunun heç bir əsası yoxdur”. 

Elnur Ənvəroğlu

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Hamısı