İnflyasiya və qiymət artımının səbəbi AÇIQLANDI - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

İnflyasiya və qiymət artımının səbəbi AÇIQLANDI

İqtisadiyyat A- A A+

“Hazırda 2021-ci ili prepostpandemiya dövrü də adlandırırlar”.

Ednews xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2021-ci ildə qlobal ÜDM-nin artımı təxminən 6 %-ə yaxın olub: “Məcburi tələb artıb və təklifin məcburi tələbə çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Buna görə də ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmağımıza səbəb olub”.

Komitə sədri qeyd edib ki, 2021-ci ilin büdcəsi postmüharibə dövrünün ilk büdcəsidir: “İlk dəfə olaraq 2021-ci ilin büdcəsində insanların öz doğma yurd-yuvalarına qayıtması, azad olunmuş ərazilərin bərpası və s. məsələlər ilk dəfə büdcədə öz əksini tapıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...