Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə “yaşıl enerji” tədarük etmək üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıb.
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı ekspert Emin Qəribli bildirib ki, Mərkəzi Asiya Avropanın enerji təlabatını ödəyən regiona çevrilir:
“Azərbaycan “Yaşıl Enerji” sahəsində ixtisaslaşır. Biz Xəzər dənizi hövzəsi ilə kabellər çəkəcəyik. Bundan sonra kabellərin daha çox çəkilməsinə imkanlar yaranacaq. Biz məhz bu sahədə ixtisaslaşmışıq. Cənab prezident son çıxışında bildirib ki, gələcəkdə məhz bərpa olunan – “Yaşıl Enerji” əsnasında qurulan elektrik stansiyalarının gələcək illərdə yeniləri tikiləcək.
Tranzit ölkə olmağımız da bizim üçün əhəmiyyətli bir haldır, düşünürəm ki, qardaş Türk dövlətlərinin bu sahədə ixtisaslaşması o deməkdir ki, Mərkəzi Asiya Avropanın enerji təlabatını ödəyən bir regiona çevrilir. Bu da gəlib Azərbaycan ərazisindən keçəcək. Bu Azərbaycanın iqtisadi imkanlarını genişləndirir.
Beləliklə, bu sahədə daha ixtisalaşacayıq və yeni müəssisələr açacayıq. Bu layihənin Mərkəzi Asiya ölkələri ilə həyata keçirilməsi böyük hadisədir. Layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək”.
Fərid