Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğləri Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınacaq.
Ednews xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bildirilir ki, sığortaolunanın özü haqqında məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.