“Qeyri-neft sektorunun gəlirləri ötən illə müqayisədə 1 milyard 592 milyon manata çatmışdır”.
Ednews xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, dünya bazarlarında cari ilin yanvar ayında xam neftin ixrac qiyməti 50 ABŞ dollarından 2 dəfə artıq olmuşdur:
“Xam neftin qiyməti 85 ABŞ dolları olacağı proqnozlaşdırılır. cari ilin beş ayı ərzində 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyd etmək lazımdır ki, Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 7,2 faiz, qeyri-neft sektoru üzrə isə ÜDM 11,4 faiz artıb.
Bu il büdcədən 2 milyard manat yeni xərclərin həyata keçirilməsi üçün nəzərdə tutulur”.