İqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünya bazarlarında neftin qiyməti cüzi düşüb.
Ednews birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,75 % ucuzlaşaraq 1 bareli 97,64 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,74 % aşağı düşərək 1 bareli 93,97 ABŞ dolları təşkil edib.
Treyderlər yüksək iqtisadi qeyri-müəyyənlik şəraitində neftə olan tələbin perspektivlərini qiymətləndirməkdə davam edirlər. Dünya üzrə mərkəzi banklar inflyasiyanın sürətlənməsinin qarşısını almağa çalışır, bu isə resessiyaya səbəb ola bilər.