Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 1,3 % azalaraq 104,57 ABŞ dolları təşkil edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,04 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.