İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən “Diamed Development Group” MMC-yə 766 min manat investisiya yatırılıb.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir həmçinin qeyd edib ki, illik istehsal gücü 20 milyon ədəd infuzion və dializ məhsulları olan zavodda 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.