İkinci rübdə “Saudi Aramco”nun xalis gəliri 90 % artıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

İkinci rübdə “Saudi Aramco”nun xalis gəliri 90 % artıb

İqtisadiyyat A- A A+
Səudiyyə Ərəbistanının neft nəhəngi olan “Saudi Aramco” şirkəti ilin ikinci rübündə gəlirlərinin 90 % artdığını açıqlayıb.
 
Ednews “Reuters”ə istinadən xəbər verir ki, şirkət neft qiymətlərinin, satış həcmlərinin və emal rentabelliyinin artması fonunda analitiklərin gözləntilərini üstələyib.
 
Belə ki, iyunun 30-u tamamlanan ilin ikinci rübündə “Aramco”nun xalis gəliri 181,64 milyard rial (48,39 milyard ABŞ dolları) artıb.
 
Analitiklər artımın 46,2 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırdılar.
 
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda neft və qaz qiymətlərinin çoxillik maksimumlara çatması “Aramco”nun səhmlərinin 25 %-dən çox bahalaşmasına səbəb olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...