Avropada qazın spot qiyməti 1 000 kub metr üçün 2,7 min ABŞ dolları keçib.
Ednews "RİA Novosti"-yə istinadən xəbər verir ki, buna səbəb “Şimal axını” magistralında təmirlə bağlı “Qazprom”un Avropaya qaz nəqlini 3 günlük dayandırmasıdır.
“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.