Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

İqtisadiyyat A- A A+

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutu milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində yeni layihəyə start verib.

Bu barədə Ednews-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək.

Layihə çərçivəsində həmçinin, AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında əməkdaşlıq edilir, ixtisaslı kadrların hazırlanması məqsədilə təlimlər keçirilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...