Əhalinin sosial rifahı yaxşılaşacaq? Ekspertdən AÇIQLAMA

İqtisadiyyat 10:38 19.10.2022

Milli Məclisin plenar iclasında sosial məsələlər yenidən gündəm mövzusuna çevrilib.

Bu məsələlər arasında uşaqların və yetkinlik yaşına çatmayan şəxslərin problemləri daha çox qabardılıb.

Həssas sosial qrupların problemlərinə toxunan deputat Tahir Kərimli öltən il ölkəmizdə 112 min uşağın dünyaya gəlməsi barədə məlumat verərkən, hər bir körpə uşağın hesabına 2000 dollar məbləğində pul keçirilməsinə çağırış edib. 

Eyni zamanda T.Kərimli əhalinin qaz ödənişlərində çətinliklərlə üzləşdiyini qeyd edib edib. Deputat Neft Fondunun 2.5 % vəsait ayrılmasını əsas tuturaq, 1 milyondan çox ailəyə kommunal ödənişlər üçün 200 dollar dəyərində yardım edilməsini məsləhət görüb.

Məsələ ilə bağlı Ednews-a şərh verən iqtisadçı-ekpsert Rəşad Həsənov hesab edib ki, ölkədə sosial şəraitin və sosial təminatın normallaşdırılması üçün geniş imkanlar var.

Söhbət zamanı o, qeyd edib ki, ölkənin neft strategiyasının prinsiplərindən biri resurslardan əldə olunan gəlirlərin gələcək nəsillərə ötürülməsidir.

“Neft-qaz ilə zəngin və güclü iqtisadi potensiala malik olan ölkələrdə doğulan hər bir körpə uşağın hesabına pul köçürülür. Hesab edirəm ki, ölkəmizdə də belə bir mexanizm tətbiq edilməlidir. Ona görə ki,  uşaq böyüyüb həddi-bulağa çatanda və vətəndaş kimi öz həyatına qədəm qoymağa başlayanda ilkin dövrlərdə öz ideyasını həyata keçirə bilməsi üçün müəyyən imkanlara sahib olmalıdır. Həmin gənclərin körpə ikən hesablarına yatırılan vəsaitlər onların keyfiyyətli təhsil almasına, biznes təşəbbüslərinin reallaşmasına və mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi dəstək ola bilər. Bu səbəblərə görə, belə bir mexanizmin tətbiq edilməsini məqbul hesab edirəm. Bununla bərabər, məbləğ ətrafında hesablamalar aparılmalı və müvafiq faizlər müəyyən olunmalıdır”.

Kommunal xərclərin ödənilməsində problemlərin aradan qalxmasına gəlincə isə Rəşad Həsənovun fikrincə, bu məsələdə bir çox ailələrə, xüsusilə həssas sosial qruplara maliyyə dəstəyinin göstərilməsi ətrafında ciddi müzakirələr aparılmalıdır.

“İnkişaf etmiş ölkələrdə qiymət artımlarının ailə təsərrüfatlarına vurduğu ziyanların neytrallaşdırılması ilə bağlı müxtəlif proqramlar tətbiq olunur. Məsələn, Britaniyada yeni hökumət ölkə əhalisinin kommunal ödənişlərinin kompensasiya edilməsi ilə bağlı böyük layihələri nəzərdən keçirirlər və artıq bəzilərini icra etməyə başlayıblar. Türkiyədə də bələdiyyələr və ya mərkəzi hakimiyyət orqanları tərəfindən həssas sosial qrupların həyat şəraitini təmin edən müvafiq dövlət proqramları həyata keçirilir. Yaxşı olar ki, ölkəmizdə daha səmərəli formada ehtiyacı olan ailələrə müvafiq maliyyə dəstəyin göstərilməsinə, eləcə də dövlət proqramlarının tətbiqinə şərait yaradılsın. Bütün bunlar yoxsulluğun azadılmasına və gəlirlərin ədalətli bölüşməsinə öz müsbət təsirini göstərəcək”.

Yunis Abdullayev

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Hamısı