“Mercedes-Benz” şirkəti Rusiyadakı əmlakını dilerlərdən birinə satmaq niyyətində olduqlarını açıqlayıblar.
Ednews RİA Novosti-yə istinadən xəbər verir ki, şirkət bununla bağlı hələlik konkret qərar verilmədiyini bildirib.
Həmçinin məlumata görə, şirkət avtomobil anbarını və diler mərkəzini tender yolu ilə satmaq istəyir.
Qeyd edək ki, əgər sövdələşmə baş tutsa, “Mercedes-Benz” birbaşa Rusiyada fəaliyyətini dayandıracaq.