“Ölkəmizdə rəqəmsal ədliyyənin inkişafı, əhaliyə təqdimatı və elektron xidmətlərin göstərilməsi çox vacibdir”.
Ednews xəbər verir ki, bu sözləri Ədliyyə nazirinin müavini Eldar Nuriyev deyib.
O, bu barədə Ədliyyə Nazirliyinin peşə bayramı ilə əlaqədar keçirilən tədbirdəki çıxışında bildirib.
O, həmçinin, rəqəmsallaşan xidmətlərin daha da sürətli şəkildə əhaliyə xidmətin artırılmasına yönəldiyini vurğulayıb.
“Bu məsələni ölkə prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyeva da daim diqqətdə saxlayır:
"Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün görülən ardıcıl və məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsidir",- deyə o çıxışı zamanı qeyd edib.
Nəzrin Beydiyeva