Azərbaycanın qara metal ixracından gəlirləri neçə faiz artıb? - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanın qara metal ixracından gəlirləri neçə faiz artıb?

İqtisadiyyat A- A A+
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 130 314,59 min ABŞ dolları dəyərində 141 599,78 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.
 
Ednews Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə 22,3%, həcmi isə 2,88% artıb.
 
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,85% təşkil edib.
 
Xatırladaq ki, ötən il Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.
 
Ötən il Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...