Çörəyin qiymətində endirim ediləcək? Ekspertlərdən ŞƏRH

İqtisadiyyat 16:30 06.01.2023

Bəzi un məhsullarının qiymətlərində endirimlər müşahidə edilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Karat Holding” şirkəti bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirdiyini bildirilib.

Bir çoxları artıq bu endirimlərin çörəyin qiymətinə təsir edəcəyini düşünürlər.

Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov bildirib ki, çörəyin qiymətinin aşağı düşməsi üçün unun bir kisəsinin qiymətinin 10-15 % aşağı düşməsi lazımdır. Onun sözlərinə görə, hazırda un kisəsinin 1-3 manat ucuzlaşması çörəyin qiymətinin aşağı düşməsinə səbəb ola bilməz.

Ümumiyyətlə, yaxın zamanda bir çox un məhsullarının və müxtəlif növ çeşidli çörəklərin qiymətlərində endirimlərin müşahidə edilməsi nə dərəcədə ehtimal oluna bilər?

İqtisadçı Asif İbarhimov Ednews-a açıqlamasında qeyd edib ki, un istehsal edən bəzi özəl müəssisələr müəyyən səbəblərdən dolayı öz məhsullarında endirimlər edirlər.

“Ötən ilin sonuna doğru bəzi un məhsullarının qiymətlərində endirimlərin şahidi olduq. Bunun əsas səbəbi isə həmin müəssisələrin alıcılıq miqdarının aşağı düşməsidir. Bəzi statistik məlumatlar göstərir ki, bu sahədə fəaliyyət göstərən özəl müəssisələr un məhsullarının tədarükündə bir sıra maliyyə çətinlikləri ilə üzləşiblər. Bu məqsədlə qiymətlərdə endirimlər etməyə məcbur olublar. Nəzərə almaq lazımdır ki, burada xammalın qiyməti ilə yanaşı həmin məhsulun ərsəyə gətirilməsində həyata keçirilən xidmətlər və bir sıra sahələr, o cümlədən emal prosesində zəruri vasitələr müəssisənin maliyyə strategiyasında əsas və önəmli faktorlar hesab olunur. O ki qaldı çörəyin qiymətində dəyişiklikliyə, biz bilirik ki, çörək strateji məhsul hesab olunur. Yalnız Azərbaycan Respublikasının Tarif Şurası çörəyin qiymətində artımlar və endirimlər etmək səlahiyyətinə malikdir.  Heç bir halda indiyə kimi un məhsullarının qiymətlərinin aşağı düşməsinə əsasən Tarif Şurasının çörəyin qiymətlərində dəyişikliklər etməsinə şahidi olmamışıq. Sonda qeyd edim ki, yaxın zamanda un məhsullarının və çörəyin qiymətlərində endirimlər müşahidə edilməyəcək”.

İqtisadçı Elşad Məmmədov da həmkarı ilə eyni fikirləri bölüşüb.

O, açıqlamasında hesab edib ki, ticarətdə qiymətlərin artması və endirimləri ilə bağlı xüsusi qaydalar var.

“İstənilən məhsulun qiymətində bahalaşma amilləri aradan qaldırılsa belə, bu demək deyil ki, digər məhsulların qiymətləri də əvvəlki vəziyyətinə düşəcək. Ticarətdə mövcud qanunlar və qaydalar onu deməyə əsas verir ki, sahibkarlar və istehsal müəssisələrinin rəhbərləri məhsullarında daha çox yeni qiymətlərə üstünlük verirlər. Çünki onlar öz məhsullarının tədarükü və hasilatı prosesində daşınma və digər xidmətlərin xərclərini, eləcə də satış nöqtələrini nəzərə alırlar. İstisna etmirəm ki, bu il hansısa kiçik əmtəə seqmentlərində və məhsullarda qiymətlər aşağı düşəcək. Bütövlükdə hesab edirəm ki, yaxın gələcəkdə çörəyin qiymətində sistemli şəkildə endirimlərin şahidi olmayacağıq. Əksinə un məhsullarının qiymətlərində növbəti bahalaşma ehtimal olunur. Ona görə ki, dünya miqyasında sürətli inflyasiya gedir. Belə olan halda çörəyin və digər məhsulların qiymətlərinin aşağı düşəcəyini düşünmək mənasızdır”.

Yunis Abdullayev  

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Hamısı