Avropa Çinin sayəsində 2022-ci ildə qaz qıtlığından xilas olmaqla yanaşı, 2023-cü ili də çox çətinlik çəkmədən keçə biləcək. Çünki Çindən yanacağa tələbat rekord həddə çatmayacaq.
Ednews xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Nəşr qeyd edir ki, bu səbəbdən yanacağa tələbat 2021-ci ildə olan rekord səviyyəyə çata bilməyəcək.
Agentliyin məlumatına görə, Çin iqtisadiyyatı tədricən bərpa olunacaq, lakin ölkə sənayesi üçün boru kəməri qazı şəklində LNG-nin tədarükü üçün müəyyən alternativlər var.Məqalə müəllifləri hesab ediblər ki, bu il LNG-yə tələbat daha da sürətlə artacaq. Eyni zamanda, Avropa və ya Asiyada kəskin soyuqlar başlayarsa, vəziyyət kəskin şəkildə dəyişə bilər. Bununla belə, hazırda Çindən tələb artımı kifayət qədər məhduddur. Yanvarın 6-da Norveçin ən böyük enerji şirkətinin rəhbəri Anders Opedal bildirib ki, Avropa bazarında qaz qıtlığı 2023-cü ildə də davam edəcək.
Oğuz Ayvaz