“Azərbaycan Ərəb Əmirlikləri üçün mühüm strateji tərəfdaşdır” Ərəb ekspertdən ÖZƏL ŞƏRH

İqtisadiyyat 17:40 18.01.2023
“Təmiz enerji sahəsində əməkdaşlığa dair özündə bir neçə istiqamət birləşdirən müqavilələrin imzalanması Azərbaycan və BƏƏ-nin hökumətlərarası təcrübə mübadiləsi sahəsində əməkdaşlıq memorandumu imzalamasından bir neçə ay sonraya təsadüf edir. Sazişlər ikitərəfli əməkdaşlığın inkişafı üzrə yeni metodların tətbiqi və uğurlu təcrübə mübadiləsini hədəfləyir. Həmçinin, hökumətlərarası fəaliyyətdə səmərəliliyinin artırılması, gələcəkdə də əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və problemlərə innovativ həll yollarının tapılmasına töhfə verəcək”.
 
Bu sözləri Ednews-a danışan misirli ekspert, Asiya və Türk dünyası üzrə tədqiqatçı, professor Əhməd Tarabek bildirib. Onun sözlərinə görə,  Azərbaycan Prezidentinin Əbu Dabi səfəri və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri çox yüksəkdir. Azərbaycan BƏƏ üçün mühüm strateji tərəfdaşıdır. 
 
Ekspert qeyd edib ki, “Masdar” şirkəti Azərbaycana yatırım etdiyi biznesin həcminə və investisiyalarına görə iki ölkə arasındakı əlaqələrdə körpü rolunu oynayır:  
 
“Masdar” həmçinin, Azərbaycanda 230 MVt gücündə “Qarabağ” günəş fotoelektrik stansiyasını inkişaf etdirir. Stansiya hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsalına töhfə verəcək ki, bu da 110 mindən çox mənzilin enerji ehtiyacını ödəməyə kifayət edəcək və ildə 200 min tondan çox karbon emissiyasının qarşısını almağa kömək edəcək”.
 
Misirli tədqiqatçı onu da bildirib ki, inkişaf etməkdə olan əlaqələr Əmirlik investorlarını iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün Azərbaycana, xüsusən də Vətən müharibəsindən sonra uğurlu yenidənqurma və bərpa prosesinin getdiyi Qarabağa cəlb etməkdədir:
 
“Bu baxımdan, imzalanan sazişlər iki ölkə arasında səmərəli əməkdaşlığın gücləndirilməsi yolunda mühüm addımdır. Müqavilələr, eyni zamanda, Azərbaycanın bərpa olunan enerji sahəsində hədəflərini reallaşdırmasına və davamlı iqtisadi inkişafa dəstək olacaq”.
 
Təmiz enerji sahəsində Əbu Dabinin “Masdar”  şirkətinin liderlərdən olduğunu vurğulayan Əhməd Tarabek ötən il Azərbaycanın Energetika Nazirliyi ilə şirkət arasında mühüm razılaşma əldə olunduğunu xatırladıb:
 
“2022-ci ilin iyununda çoxsaylı texnologiyalar və ümumi istehsal gücü 10 giqavat olan enerji təchizatı vasitəsilə bərpa olunan enerji sahəsində müştərək proqram hazırlanması üçün saziş imzalandı. Bu, Azərbaycan tarixində eyni qəbildən olan ən böyük razılaşma idi. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan mənbələrindən əldə edilən enerji payını 30%-ə çatdırmağı və ölkə iqtisadiyyatını şaxələndirməyi hədəfləyir. Buna görə də Azərbaycan iqtisadiyyatının mühüm qolu olan “SOCAR”, həm də, ölkənin enerji təhlükəsizliyinin dəstəkçisidir”.
 
Ekspert bildirib ki, BƏƏ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
 
“Azərbaycan və BƏƏ hökumətləri növbəti mərhələdə iki ölkə arasında koordinasiyanı, xüsusən mövcud iqtisadi, ticari əlaqələri artırmaq məqsədilə birgə işçi qrupların yaradılması üzərində işləyir. İki ölkə arasında qeyri-neft ticarəti 2020-ci ildə təxminən 375 milyon dollar olduğu halda, 2021-ci ildə 1 milyard ABŞ dollarına yüksəlib”. 
 
Ekspert Azərbaycan-BƏƏ əməkdaşlığının artıq yeni mərhələyə qədəm qoyduğuna diqqət çəkib:
 
“İki ölkə arasında əməkdaşlıq müqavilələrinin imzalanması əlaqələrin genişləndirilməsi, hökumətlərarası fəaliyyətin modernləşdirilməsi, bilik və təcrübə mübadiləsi, habelə BƏƏ-nin müasir iş metodologiyalarından istifadə sahəsində atılmış müsbət və məqsədyönlü addımdır. İkitərəfli müqavilələr Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə də davam etməsinə, xüsusən də, hökumətin fəaliyyətində müasirləşmə və sosial innovasiyaların tətbiqi sahəsinə öz töhfələrini verəcək”. 
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə “Masdar” şirkətinin ev sahibliyi etdiyi qlobal platforma – “Əbu Dabi Dayanıqlılıq Həftəsi”də iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etdi. Səfər çərçivəsində İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın görüşü baş tutdu. Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulandı.
 
Törə Zeynallı
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı