Pandemiya başlayanda bu yana dünya bazarında ərzaq məhsullarının qiymətlərində kütləvi artım müşahidə edilir. Bunun davamında dünyada başlayan müharibələrin də qiymətlərin artmasına təsiri böyük oldu.
Hazırda mağazalarda əvvəllər ucuz qiymətə olan kartof, soğanın qiymətində artım müşahidə edilir. Bəs, bu il kənd təsərrüfatı məhsullarında qiymət artımı davam edəcəkmi?
Məsələ ilə bağlı Ednews-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bu il qiymətlərin artımında stabillik olacağını deyib:
“Son 2 ildə dünyada və paralelində Azərbaycanda ərzaq məhsullarının qiymətinin artımı müşahidə olunur. Bu da Azərbaycanda bu yüksəlişin bir hissəsi idxal inflyasiyası, bir hissəsi də ölkə daxilində qiymətlərin artması fonunda istehsalın maya dəyərinin artması kənd təsərüffatı məhsullarının da artması müşahidə olunurdu. 2023-cü il üçün isə qlobal dünyada inflyasiyanın tənzimlənmə tendensiyası gedir. Bütün ölkələr xüsusilə mərkəzi banklar inflyasiyanın aşağıya doğru tənzimlənməsi üçün qərarlar alırlar və icra edirlər. Hazırda bir müsbət tendensiya müşahidə olunur.
Nəzərə alsaq ki, bu il Azərbaycanın özündə də inflyasiya çox da yüksək olmayacaq. Ona görə də kənd təsərüffatı məhsullarının da maya dəyərinə təsir edəcək dəyişiklik gözlənilmir. Buna görə də bu il digər illərə nəzərən qiymətlərin dəyiməyəcəyi və ya aşağı düşəcəyini gözləmək olar”.
Əbülfət Baxşəli